• Bakı 25° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Fransanın Baş nazirindən ilginc tapşırıq

DÜNYA

17 Iyun 2026 | 15:38

Fransanın Baş nazirindən ilginc tapşırıq

Fransanın Baş naziri Sebastyan Lekornyu qadağan olunmuş maddələrin mümkün istifadəsini aşkar etmək məqsədilə müxtəlif nazirliklərin əməkdaşları arasında narkotik testlərinin aparılmasını tapşırıb.

Bakıvaxtı.az BFMTV telekanalına istinadən xəbər verir ki, o, müvafiq sirkulyarı hökumətdəki bütün nazirlərə göndərib.

Baş komissarlar, ali komissarlar, diplomatik missiyaların rəhbərləri, prefektlər və digərləri də bu nəzarət tədbirlərinin təsir dairəsinə düşürlər.

"Dövlət qulluqçuları tərəfindən narkotiklərin istifadə edilməsi onların öz təhlükəsizliyinə təhdid və xidmətin işinə təsir göstərməklə yanaşı, təzyiq qrupları, cinayətkar şəbəkələr və ya manipulyasiya məqsədləri üçün istifadə oluna biləcək şəxsi zəiflik yaradır", - sirkulyarda qeyd edilib.

Testin nəticəsi müsbət olduğu halda müvafiq tədbirlər, o cümlədən intizam tənbehləri görüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026