Xəbər verdiyimiz kimi, Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə yaşayan sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildirirlər.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya ərazinin qurumun nəzarətində olduğu açıqlanıb.
“Ərazi rayon İcra hakimiyyəti olaraq nəzarətimizdədir. Hazırda orada səkinin bərpası işləri gedir. Sonra isə rayonun digər prospekt və küçələrində olduğu kimi, yaşıllıq zolağı yaradılacaq. Ərazidə heç bir ağac kəsintisindən söhbət gedə bilməz.
Təssüflər olsun ki, bəzi tikinti şirkətləri tikinti işləri başa çatandan sonra belə cəhdlər edirlər. Bir neçə il əvvəl həmin küçəyə paralel Mehdi Mehdizadə küçəsində də belə cəhd olmuşdu. Dərhal tərəfimizdən qarşısı alındı və müvafiq qurumlarla birgə tədbirlər görüldü”, - rəsmi açıqlamada vurğulanıb.