• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Süni intellektin DAHA BİR TƏLƏSİ: Rəsmi nömrələrdən gələn zənglərə belə...

CƏMİYYƏT

10 Fevral 2025 | 12:20

Süni intellektin DAHA BİR TƏLƏSİ: Rəsmi nömrələrdən gələn zənglərə belə...

Xəbər verdiyimiz kimi,  sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qeyd olunub ki, sözügedən vasitə ilə süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır. Xüsusilə tanınmış şəxslərin səslərindən istifadə edilir.

Bunun qarşısını almaq mümkündürmü? Vətəndaşlar aldadılmamaq üçün nəyə diqqət etməlidir?

Əmrah Mövsümzadə, İT üzrə mütəxəssis

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İT üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, süni intellektin sürətli yayılmasının, eləcə də süni intellekt əsaslı texnologiyaların inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.

Mənfi tərəflərindən birinin də insan səsinin, görüntülərinin, şəkillərinin alınaraq saxta videoların, səs fayllarının formalaşdırılması olduğunu deyən mütəxəssisə görə, müəyyən sistemlər var ki, mətni yazdıqdan sonra həmin mətn seçilən insanın səsinə çevrilir.

Ə.Mövsümzadənin sözlərinə görə, bir çox insanlar bu tip sistemlərə aldanırlar. Xüsusən də SS7 hücumlarından geniş istifadə edərək bankın, yaxın adamların adından zəng vura və süni intellekt texnologiyaları vasitəsilə səsləri dəyişdirib, saxta görüntü, çağırışlar həyata keçirib insanları aldadırlar:

“Belə məsələlərin qarşısını almaq üçün ilk növbədə şəxs öz yaxınından zəng alırsa, bunu digər kanallar, əlaqə vasitələri ilə dəqiqləşdirməlidir. Ümumiyyətlə, heç kəsə telefonda və ya internet resursu vasitəsilə şəxsi məlumatlar verilməməlidir. Bu məlumatlara bank məlumatları, bankın cvv kodu, kartın bitmə tarixi aiddir. Bunları ötürərkən onları istənilən bir sistemə daxil edə və icazəsiz kartdan pul çıxarda bilirlər”.

Müsahibimiz nəzərə çatdırıb ki, bəzi sosial platformalar süni intellektlə hazırlanmış videoları, faylları ayırd etmək üçün sistemlər hazırlamağa çalışır və bunu da adətən “Facebook” və “Instagram”da görürük. Hansı ki, postlarda etiket vurulur və göstərilir ki, kontent süni intellekt ilə hazırlanıb. Bununla yanaşı bəzi alətlər süni intellektin izləri əsasında kontentin süni intellektlə hazırlanıb-hazırlanmadığını müəyyən edə bilir:

“Təbii ki, yenə də burada əsas məsələ vətəndaşın ayıq-sayıqlığından, ona gələn hər hansı məlumatı düzgün dəyərləndirməsindən asılıdır. İnsanlar rəsmi nömrələrdən belə zəng gəlsə şəxsi məlumatları verməməlidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Mart 2025