Sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
DİN rəsmisinin sözlərinə görə, sözügedən vasitə ilə süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır. Xüsusilə tanınmış şəxslərin səslərindən istifadə edilir:
“Real dələduzluqdur, təhlükə yaradır. Qarşısını almağın tək yolu insanların süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara görə diqqətli və məlumatlı olmasıdır. Hər kəs ehtiyatlı olmalıdır”.