Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb.
Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb.
Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















