Gəncədə meyitləri tapılan şəxslərin kimlikləri məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, birinci meyit şəhərin Sultanbəy Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanıb.
Bağlı qapı arxasından meyiti tapılan şəhər sakini 1977-ci il təvəllüdlü A. Əzizovdur.
Digər meyit isə şəhərin Fikrət Əmirov küçəsində yerləşən yaşayış binasından aşkarlanıb. Meyti tapılan 1968-ci il təvəllüdlü İ.İbrahimovdur.
Hər iki şəxsin ürək tutmasında öldüyü bildirilir. Faktlarla bağlı araşdırmalar aparılır.
***
16:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.