Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Bakıvaxtı.az-ın Report-a istinadən xəbərinə görə, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan birində qeydə alınıb.
İlkin məlumata əsasən, orada çalışan 27 yaşlı İ.Hüseynov tikilidən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.