• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Əhməd Məmmədli həbs olundu

HADİSƏ

08 May 2025 | 15:35

Əhməd Məmmədli həbs olundu

Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Məhkəmə Əhməd Məmmədlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

    Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

    Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

    İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.


    SON XƏBƏRLƏR