• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Şərurlu İsfəndiyar"la bağlı məhkəmədə vəsatət verilib

HADİSƏ

08 May 2025 | 15:30

Şərurlu İsfəndiyarla bağlı məhkəmədə vəsatət verilib

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib. O, İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.

Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundov məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb.

Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

 

 


SON XƏBƏRLƏR