• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Binəqədidə polisə atəş açan şəxs hakim qarşısında – CİNAYƏT ORTAĞI ÖLDÜRÜLÜB

HADİSƏ

08 May 2025 | 14:45

Binəqədidə polisə atəş açan şəxs hakim qarşısında – CİNAYƏT ORTAĞI ÖLDÜRÜLÜB

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Orxan Abdullayevin cinayət dosyesi araşdırılır. Orxan Abdullayev Binəqədi rayonunda yaşayış evinə silahlı basqın etməkdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, Yevlax sakini olan 1994-cü il təvəllüdlü Orxan Abdullayev ötən il sentyabrın 9-da axşam saatlarında Rauf İsmayılovun yaşadığı mənzilə basqın edib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılov evinə basqını mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə izləyib, bu barədə DİN-in 102 Xidməti - Zəng Mərkəzinə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşlarına Orxan Abdullayev və cinayətin digər iştirakçısı silahlı müqavimət göstəriblər. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, Orxan Abdullayev isə hadisə yerindən qaçıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb. Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hazırda Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.


SON XƏBƏRLƏR