“Şamaxı” klubu müdafiəçi Zahid Mərdanovla yolları ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Zahid Mərdanov 2023-cü ilin yanvarından Şamaxı komandasının formasını geyinirdi.