• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Qarabağ" dünya reytinqində gerilədi

İDMAN

10 Fevral 2025 | 09:51

"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" klubu dünya reytinqində 6 pillə geriləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.

Azərbaycan çempionu hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən "Zirə" (103,25 xal) 208-ci sıradadır.

14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu ola bilib.

Qeyd edək ki, 504 komandanın yer aldığı siyahıya İspaniya təmsilçisi "Real" başçılıq edir - 481 xal.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR