• Bakı 34° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

İDMAN

11 Mart 2025 | 09:41

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XV turun oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, saat 16:00-da UNEC - "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" - "Abşeron" matçları başlayacaq.

Saat 18:00-da isə "Azərreyl" - "Gəncə" görüşü keçiriləcək. Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, 14 turdan sonra "Abşeron" 34 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 33 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Gəncə"nin və dördüncü mövqedəki "Azərreyl"in 22 xalı var. "Murov Az Terminal" 15 xalla beşinci, xalı olmayan UNEC sonuncu - altıncıdır.


SON XƏBƏRLƏR

15 Iyul 2025