Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xorvatiya çempionatında keçirdiyi son oyunda "Dinamo" "İstra"ya 0:3 hesabı ilə uduzub. 51 yaşlı mütəxəssis dekabrın sonundan Zaqreb təmsilçisini çalışdırırdı.
Komanda italiyalı mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 14 rəsmi oyunda 7 qələbə qazanıb, iki heç-heçə edib, 5 dəfə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatının turnir cədvəlində 46 xalla 3-cü pillədədir.