• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Morata yenidən İspaniyaya qayıda bilər

İDMAN

09 Aprel 2025 | 16:25

Morata yenidən İspaniyaya qayıda bilər

Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Milan"ın (İtaliya) ispaniyalı hücumçusu Alvaro Morata vətəninə qayıda bilər.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində "Xetafe" klubu maraqlıdır.

Bu il Türkiyə klubuna transfer olunan futbolçunun İspaniyaya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, A.Morata "Qalatasaray"ın heyətində meydana çıxdığı 8 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunu 13 milyon avro dəyərində qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026