• Bakı C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

"Neftçi"nin futbolçusu 100-ə ÇATDI

İDMAN

11 Mart 2025 | 10:45

Neftçinin futbolçusu 100-ə ÇATDI

“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXVI turuna təsadüf edib.

32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) iştirak edib. O, Premyer Liqada 2 klubun formasını geyinib. H.Haqverdi “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Qeyd edək ki, futbolçunun debütü 2020/2021 mövsümündə olub. H.Haqverdi 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.


SON XƏBƏRLƏR

11 Mart 2025