Rusiyada Saratov hava limanında müvəqqəti məhdudiyyət qoyulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Saratov (Qaqarin) hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bundan öncə Rusiyanın Kazan, Nijnekamsk və Ulyanovsk şəhərlərinin hava limanlarının fəaliyyətinə müvəqqəti olaraq məhdudiyyətlər qoyulub.