Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib. "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə Kürdəmir rayon sakini, 1972-ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Onun oğlu, 2004-ci il təvəllüdlü Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





jpg-1739194896.webp)





jpg-1739190602.webp)
jpg-1739189429.webp)



