• Bakı 24° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Naxçıvanda hərbi sursatlar aşkar edilib

HADİSƏ

11 Yanvar 2025 | 15:28 | Müəllif: Gülşən Şərif

Naxçıvanda hərbi sursatlar aşkar edilib

Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatlar aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026