• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda restoranda zəhərlənmə - AQTA araşdırmaya başladı

HADİSƏ

10 Fevral 2025 | 11:14

Bakıda restoranda zəhərlənmə - AQTA araşdırmaya başladı

Bakıda məşhur restoranların birində zəhərlənmə hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər veriri ki, bu barədə restoranın müştərisi Haldun Novruzzadə məlumat verib.

O iddia edib ki, həyat yoldaşı ilə restoranda göbələk supu yedikdən sonra zəhərləniblər:

"Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim, evdə üşütmə, qusma və əzələ ağrısı oldu. Təxminən iki-üç saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı başladı. Hər ikimiz də zəhərləndiyimizi anladıq. Çünki həmin gün sadəcə evdə səhər yeməyi yemişdik. Güman edirik ki, restoranda yediyimiz göbələk supundan zəhərlənmişik, çünki burger ikimizdə fərqli tərkibdə idi”.

H.Novruzzadə Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsində onlara tibbi yardım olduğunu söyləyib:

“Hazırda məndə qızdırma və halsızlıq davam edir, həyat yoldaşımda nisbətən yaxşılaşma olsa da, bədən ağrısı qalır”

H.Novruzzadə vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hadisə ilə bağlı maraqlanıblar:

“Mənə iki dəfə zəng edib şikayəti qeydə alıblar, restoranda yoxlamalar başlanılıb”.

AQTA-dan isə bildirilib ki, qeyd olunan məsələ agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:

“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026