“Peşə təhsilinin tikinti üzrə ixtisaslarında 1200 tələbə təhsil alır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, hək ehtiyacları, həm də əhalini nəzərə alanda bu say azdır.
“Tikinti istiqamətində bir çox yeni ixtisaslar açmışıq”.
Nəzərə çatdırıb ki, bunlardan interyer dizayn, isitmə-soyutma sistemlərinin təmiri, rəqəmsal tikinti kimi bir çox yeni ixtisaslar tikinti sektoru üçün vacib ixtisaslardır.
Mina Mikayılova