• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Bakının bu qəsəbəsində işıq olmayacaq

CƏMİYYƏT

13 Fevral 2025 | 10:16

Bakının bu qəsəbəsində işıq olmayacaq

Bakı şəhərinin Sabunçu rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Bakıxanov qəsəbəsini qidalandıran 10 kV-luq hava xətlərindən bəzilərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 17:00-dək qəsəbənin Şamil Kamilov, Mahir Əmirov, Sülh, Ramiz Qəmbərov, Ruhulla Axundov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR