İran hər zaman ölkələrin ərazi bütövlüyünü dəstəkləyərək regionda sülh və sabitliyin bərqərar olmasını alqışlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.
Bundan əvvəl Ermənistan Nazirlər Kabineti məlumat yaymışdı ki, Paşinyan İrrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib.
“İran İslam Respublikasının prezidenti (İran İslam Respublikasının - red.) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmadan məmnunluğunu ifadə edərək və bu mühüm hadisə münasibətilə hər iki ölkəni təbrik edərək vurğulayıb ki, İran regionda, xüsusilə qonşular arasında ölkələrin ərazi bütövlüyünü dəstəkləyərək sülhün, inteqrasiyanın və sabitliyin bərqərar olmasını həmişə alqışlayıb”, - İran tərəfinin məlumatında deyilir.