• Bakı 10° C

    9.58 m/s

  • USD - 1.7

    EUR - 1.8104

    RUB - 0.0223

Piyada və sürücülərin təhlükəsizliyi üçün DAHA BİR ADDIM

CƏMİYYƏT

03 Fevral 2023 | 17:51

Piyada və sürücülərin təhlükəsizliyi üçün DAHA BİR ADDIM

Bakıda və regionlarda yol nəqliyyat hadisələrinin əksəriyyəti yolu keçən piyadaların aydın görünməməsi ucbatından baş verir.

Bakıvaxtı.az xəbər verir ki, şikayətlərin də çoxu yolu keçən piyadaların sürücülər tərəfindən aydın görünməsinə maneə yaradan kolların budanmaması ilə bağlı olur.

Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri mayor Rövşən Tağıyev Bakıvaxtı.az-a bildirib ki, istər Bakıda, istərsə də Sumqayıtda belə yollar var:

“Çoxsaylı müraciətlər əsasında Bakının A.Salamzadə küçəsində sürücülər tərəfindən yolu keçən piyadaların aydın görünməsinə maneə yaradan kolların budanması və ya yerlərinin dəyişməsi istiqamətində müvafiq işlərin görülməsi üçün aidiyyəti qurumlara məlumatlar verilib”.

R.Tağıyev onu da deyib ki, digər müraciətlər la olduğu təqdirdə, aidiyyəti qurumlara məlumat veriləcək.

Murad Məmmədli


SON XƏBƏRLƏR

20 Mart 2023