• Bakı 18° C

    15.33 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Planetimiz risk altında

CƏMİYYƏT

26 Sentyabr 2025 | 11:18

Planetimiz risk altında

Planetimiz həyatı dəstəkləyən sistemlərin çökmə riski ilə üz-üzədir.

Bakıvaxtı.az xəbər verir ki, Potsdam İqlim Təsiri Araşdırmaları İnstitutunun (PIK) koordinatorluğu ilə hazırlanan və “Planet Sağlamlığı Yoxlanışı 2025” adlanan yeni hesabatda Yer kürəsinin 9 ekoloji sərhədindən 7-nin artıq təhlükəli həddə çatdığı bildirilir.

Mütəxəssislərin fikrincə, bu sərhədlərin pozulması ekoloji sistemlərin davamlılığını təhdid edir və geri dönməz fəsadlara yol aça bilər.

Söhbət iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, okeanların turşulaşması, torpaq istifadəsində dəyişikliklər, şirin su istifadəsi, azot-fosfor dövranı, kimyəvi və hava çirkliliyindən gedir.

2009-cu ildə 3 sərhəd pozulmuşdusa, bu rəqəm 2015-də 4-ə, 2023-cü ildə isə 6-ya yüksəlib. Hazırda isə 7 sərhədin təhlükəli həddi keçdiyi qeyd olunur.

Məlumata görə, biomüxtəliflik itkisi və ekosistemlərin sıradan çıxması iqlim dəyişikliyindən daha təhlükəli vəziyyətə çatıb.

PIK mütəxəssisi Boris Saksçevski bildirib ki, çoxsaylı parametrlərin normadan kənara çıxması bu sahədə vəziyyətin nə qədər ağır olduğunu göstərir.

Araşdırmada bu proseslərin bir-birini gücləndirərək “sistemik risklər” yaratdığı və təkcə bir sərhədin pozulması ilə məhdudlaşmayan genişmiqyaslı ekoloji zərərlərə səbəb ola biləcəyi vurğulanır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Sentyabr 2025