• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Polis Bakıda evə basqın edən silahlı şəxsi zərərsizləşdirdi

CƏMİYYƏT

09 Sentyabr 2024 | 23:23

Polis Bakıda evə basqın edən silahlı şəxsi zərərsizləşdirdi

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi  rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə  qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.  

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib. 

Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024