• Bakı 17° C

    16.25 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Polis iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib

DÜNYA

19 May 2025 | 14:31

Polis iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib

Niderland polisi PSV klubunun ölkə çempionluğunu qeyd etməsi zamanı yaranan iğtişaşlarda şübhəli bilinən 7 nəfəri həbs edib.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün Eyndhoven şəhərində baş verib.

Ölkə çempionatının XXXIV turunda "Sparta"ya (3:1) qalib gələn “qırmızı-ağlar” çempionluğunu rəsmiləşdirib. Azarkeşlər qarşılaşmanın ardından komandalarının uğurunu qeyd etməyə başlayıblar.

Lakin stadionda çoxlu insan izdihamı və başlayan iğtişaşlar səbəbindən futbolçuların olduğu avtobus hərəkət edə bilməyib. Bundan başqa, azarkeşlər polisə daş və fişənglər atıblar. İğtişaşlar zamanı 7 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR