• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

 Polis serjantı Ələsgər Əsgərov Naxçıvanda dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

20 Sentyabr 2023 | 11:31

Polis serjantı Ələsgər Əsgərov Naxçıvanda dəfn edildi - YENİLƏNİB

Xocavənddə mina terrorunda şəhid olan polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib.

Dəfn mərasimi fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Sonda şəhidin atasına Azərbaycan bayrağı təqdim edilib.
 

 

10:10

Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərovla Naxçıvan şəhərində vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu ilə vida mərasimi keçirilir.

Vida mərasimində dövlət və hökumət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026