• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda prorektor vəzifəsindən AZAD EDİLDİ

CƏMİYYƏT

20 Oktyabr 2023 | 11:23

Azərbaycanda prorektor vəzifəsindən AZAD EDİLDİ

Sumqayıt Dövlət Universitetinin prorektoru Atayev Qafar Nəriman oğlu vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, öz ərizəsi əsasında vəzifədən azad edilib.

Məlumata görə, Qafar Atayev ixtisasca mühəndis olduğu üçün o, bundan sonra Mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qafar Atayev 1960-cı ilin sentyabr ayının 3-də Salyan rayonunun Yenikənd kəndində anadan olub. 2014-cü il yanvar ayının 16-da Sumqayıt Dövlət Universitetinin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin edilib. 2019-cu il iyun ayının 18-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına, 2016-cı ildə isə dosent elmi adına layiq görülüb.

30-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin və 3 tədris-metodik göstərişin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026