• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Salyandakı qəzada yaralananların son durumu

CƏMİYYƏT

18 Noyabr 2023 | 21:36 | Müəllif: Subhan Mahmudov

Salyandakı qəzada yaralananların son durumu

Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi, 9-u qadın olmaqla) yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Salyanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026