• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Polşa parlamenti Krım tatar sürgününü “soyqırım” kimi tanıyıb

DÜNYA

13 Iyul 2024 | 09:44

Polşa parlamenti Krım tatar sürgününü “soyqırım” kimi tanıyıb

Polşada Krım tatarlarına qarşı həyata keçirilən sürgün soyqırım kimi tanınıb.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, Polşa Parlamentinin aşağı palatası olan Seym 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyasını Krım tatar xalqına qarşı soyqırım aktı kimi tanıyıb.

Deputatlardan 414 nəfər bu qərarın lehinə, 16-sı isə əleyhinə səs verib. 2 nəfər isə məsələyə bitərəf yanaşıb.

Xatırladaq ki,  Sovet İttifaqı hakimiyyəti 1944-cü il mayın 18-də Krım tatarlarını Krım yarımadasından deportasiya edib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

07 Avqust 2024