• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Litva Ukrayna ordusunu PUA-larla silahlandıracaq

DÜNYA

12 Avqust 2024 | 00:41 | Müəllif: Subhan Mahmudov

Litva Ukrayna ordusunu PUA-larla silahlandıracaq

Litva ölkədə istehsal olunan ilk PUA-ları Ukraynaya göndərmək niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin sentyabrında pilotsuz təyyarələrin tədarükünə başlanılacağı gözlənilir.

"Sputnik Litva"nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi həmçinin respublikanın beş istehsalçısının PUA-larının sınaqlardan keçirildiyini qeyd edib.

Ukrayna üçün 5 milyon avro dəyərində PUA alınacaq. Eyni zamanda, Litva ordusunun ehtiyacları üçün eyni PUA-ların cəmi 3 milyon avroya alınması planlaşdırılır. 2030-cu ilə qədər Litva hər il bütün pilotsuz sistemlərin, o cümlədən xarici sistemlərin alınması üçün orta hesabla 30 milyon avro ayırmaq niyyətindədir./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026