• Bakı 16° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"Yaqi" qasırğası: 127 nəfər öldü, 750-i yaralandı

DÜNYA

10 Sentyabr 2024 | 20:15

Yaqi qasırğası: 127 nəfər öldü, 750-i yaralandı

Vyetnamın bəzi şimal əyalətlərində "Yaqi" qasırğasından sonra baş verən güclü daşqınlar nəticəsində azı 127 nəfər ölüb, 54 insan itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “VnExpress” xəbər portalı məlumat yayıb.

Geniş vüsət almış təbii fəlakət nəticəsində xəsarət alanların sayı son məlumatlara görə, 750 nəfəri ötüb.

Qeyd edək ki, “Yaqi” qasırğası Vyetnama güclü leysan gətirib və Hanoy da daxil olmaqla bəzi şimal əyalətlərdə daşqınlara səbəb olub.


SON XƏBƏRLƏR