Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərqdə münaqişənin genişlənməsinin region üçün fəlakətli olacağını bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Peskov Yaxın Şərqdəki vəziyyətlə bağlı jurnalistlərə açıqlamalar verib.
Bölgədə hərbi əməliyyatların coğrafiyasının genişləndiyinə diqqət çəkən Peskov, Livan cəbhəsinin də qarşıdurmalara əlavə olunduğunu bildirib:
"Bütün bunlar, əlbəttə ki, mülki infrastrukturun məhvinə gətirib çıxarır. On minlərlə insan evlərini, dolanışıq vasitələrini və işlərini itirir".
Peskov Ukraynaya döyüşmək üçün Şimali Koreyadan qoşun göndərilməsi ilə bağlı iddiaları da rədd edib.
Əli Hüseynov