ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq ölkənin əsas istiqamətlər - Ukrayna və İsrail - üzrə siyasətini formalaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Tramp administrasiyasının keçmiş rəsmisi nəşrə bildirib ki, seçilmiş prezident sələfindən daha sərt olacağına dair təsəvvürdən faydalanacaq.
Amerika siyasətindəki dəyişiklik Ukraynada daha kəskin hiss olunacaq. Nəşrin iddiasına görə, bu ölkənin hakimiyyət orqanları danışıqların qaçılmazlığını dərk etməyə başlayır. Trampın “Rusiya tərəfindən işğal edilən ərazilər uğrunda döyüşdəm intina” siyasəti aparacağı gözlənilir.
İsrail isə Trampın prezidentliyindən ən çox faydalanan ölkə olacaq.
“Baş nazir Benyamin Netanyahu Trampın köhnə müttəfiqidir. Tramp artıq açıq şəkildə bəyan edib ki, o, İsrailə İrana mümkün zərbələr hazırlamaqda “daha çox sərbəstlik” verəcək, xüsusən də Tehran nüvə konsepsiyasını dəyişməyə qərar verərsə”, - nəşr qeyd edib./axar.az