2024-cü ilin ən isti il olacağı ilə bağlı proqnoz təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) “Copernicus” peyk izləmə sistemi məlumat verib.
Məlumata görə, bu il noyabr ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə yüksəkdir.
İlin əvvəlindən (2024-cü ilin yanvar-noyabr ayları) qlobal orta temperatur anomaliyası 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə artıb. Bu dəyər 2024-cü ilin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,14 dərəcə isti olduğunu ortaya qoyub.
Şimali Rusiya və Şimal-Şərqi və Cənub-Qərbi Avropada temperatur orta səviyyədən yuxarı, Cənub-Şərqi Avropada isə orta səviyyədən aşağı olub.
Avropadan kənarda havanın temperaturu Kanadanın şərqində, ABŞ-nin mərkəzi və şərqində, Meksikanın əksəriyyətində, Mərakeşdə, Afrikanın şimal-qərbində, Çində, Pakistanda, Sibirin əksəriyyətində və Avstraliyada orta səviyyədən yüksək olub.
Açıqlamada ifadələri yer alan Copernicus İqlim Dəyişikliyi Xidmətinin (C3S) direktor müavini Samantha Burgess, 2024-cü ilin rekordların ən isti ili olması ilə yanaşı, qlobal temperaturun artdığı ilk il olacağının demək olar ki, dəqiq olduğunu söyləyib.
Mina Mikayılova