• Bakı 18° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Türkiyədə hərbi helikopter qəzaya uğradı: biri general olmaqla 6 nəfər ölüb - YENİLƏNİB

DÜNYA

09 Dekabr 2024 | 13:54

Türkiyədə hərbi helikopter qəzaya uğradı: biri general olmaqla 6 nəfər ölüb - YENİLƏNİB

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı başsağlığı mətnində deyilir.

"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən əməkdaşımızı xilas etmək mümkün olmayıb. O, şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı diləyirik", - məlumatda vurğulanıb.

Qeyd edək ki, helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

***

12:58

Ispartada baş verən helikopter qəzasında 5 personal şəhid olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Isparta valisi Abdullah Erin açıqlayıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.

***

12:54

Ispartada hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Bakıvaxtı.az "HaberGlobal"a istinadla xəbər verir ki, bu barədəIsparta valisi Abdullah Erin açıqlama verib.

1 nəfərin axtarışlarının davam etdiyini bildirilir.

***

12:32

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Ispartanın Keçiborlu rayon mərkəzində hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb. 

Isparta Bələdiyyə Başçısı Şükrü Başdeğirmen bələdiyyənin bütün yanğın və axtarış-xilasetmə qruplarının bölgəyə yönəldildiyini açıqlayıb.

O, helikopterdəki personal sayı ilə bağlı hələlik məlumat olmadığını bildirib.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

01 Aprel 2025