• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

At belində bərbərlik etdi - VİDEO

DÜNYA

09 Dekabr 2024 | 14:06

At belində bərbərlik etdi - VİDEO

Öz işiylə adından bəhs etdirən  “Bərbər ilduzu”, “İlin ən yaxşı bərbəri” seçilən türkiyəli Onur Ezel 2024-cü ili gözəl finalla bağlamaq üçün at belində saş kəsib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata  istinadla xəbər verir.

Ezel prosesin yaxşı keçdiyini düşünür.

Atları çox sevdiyini və onlara böyük aludəçiliyi olduğunu bildirən Ezel qeyd edib ki, bu səbəbdən də peşəsiylə ikisini birləşdirmək qərarına gəlib:

“Beləliklə, gözəl bir vizual təqdim etmək, 2024-cü ili belə bir finalla bağlamaq istədim. At belində çətin deyildi. Bu elə bir vəziyyətdir ki, hər ikisinə nəzarət edirəm. Çox yaxşı keçdi. Ümid edirəm ki, 2025-ci il də belə olacaq”.

Bununla belə o, at belində saç kəsdirməyi heç kimə tövsiyə etmir. Dediyinə görə, bunu etmək üçün atı idarə etmək lazımdır.

“Əlbəttə, hər kəs öz işində yaxşıdır, lakin atı idarə etməyi bacarmaq xüsusilə vacibdir”.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2025