Cənubi Koreya ordusu Şimali Koreyanı GPS siqnallarını pozmaqda ittiham edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya hərbçiləri bunun gəmilərin və mülki təyyarələrin fəaliyyətinə təsir etdiyini qeyd ediblər.
Onlar bildiriblər ki, ölkənin şimalındakı Haeju və Kesonq bölgələrində siqnalın kəsilməsi qeydə alınıb.
Mina Mikayılova