"Avropa Komissiyası Bolqarıstan və Rumıniyanın Şengen zonasına qəbulu prosesini başa çatdırmağa hazırdır".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Aİ Şurasının Lüksemburqda keçirilən iclasında çıxış edən Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Yohansson deyib.
Onun sözlərinə görə, Rumıniya və Bolqarıstanın Şengen zonasına qəbul edilməsinin vaxtı çatıb:
"Avropa Komissiyası bu ölkələrin 2011-ci ildə bütün kriteriyaları yerinə yetirdiyini açıqlayıb. Lakin Aİ ölkələri onların Aİ Şurasına qəbulunu daha 13 il müddətinə əngəlləyib. Yalnız 2024-cü ilin martında Aİ ölkələri Rumıniya və Bolqarıstanın Şengenə daxil olmasına qismən icazə verdi, dəniz və hava nəqliyyatı üzərində nəzarəti ləğv etdi. Ümid edirəm ki, Rumıniya və Bolqarıstanın Şengen zonasına qəbulu mənim mandatım başa çatana qədər baş verəcək".
Gülşən Şərif