Rusiyada iki metrlik dron yaradılıb.
Bakıvaxtı.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Sibirdə iki metrlik çoxfunksiyalı təyyarə tipli dron yaradılıb. Pilotsuz təyyarənin qanadlarının genişliyi 220 santimetr, uçuş məsafəsi 200 kilometrdən çox, kruiz sürəti saatda 80 kilometr, uçuş hündürlüyü təxminən 2 kilometrdir.
Qeyd edilib ki, yeni Brajnik pilotsuz uçuş aparatı Saxalin üzərində uğurla sınaqdan keçirilib.
Nuriyyə Musayeva