• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Polşa Rusiyadan qaz idxalına dair razılaşmanı pozdu

İQTİSADİYYAT

23 May 2022 | 12:43

Polşa Rusiyadan qaz idxalına dair razılaşmanı pozdu

Polşa Rusiyadan təbii qazı idxalı ilə bağı bu ölkə ilə bağladığı müqaviləni vaxtından əvvəl pozub.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin strateji energetika infrastrukturunun səlahiyyətli nümayəndəsi Petr Naimski bildirib.

Onun sözlərinə görə, Baş nazir Mateuş Moravietski mayın 13-də razılaşmaların pozulması barədə qətnamə qəbul edib: “Yamalsk” adlanan müqavilə 1993-cü ildə imzalanıb. Müqavilə imzalanandan 30 il sonra Polşa ilə Rusiya arasında təbii qazla bağlı əlaqələrin kəsildiyini demək olar”.

Əldə edilmiş razılığa görə, Polşa 2022-ci ilin sonuna qədər Rusiyadan ildə 10 milyon kubmetr təbii qaz ala bilərdi. Polşa hakimiyyəti bu razılaşmanın müddətini uzatmamaq haqqında qərar qəbul edib.

P.Naimski “Yamal-Avropa” qaz kəmərinin Polşa ərazisindən keçən hissəsindən danışarkən bildirib ki, Almaniyanın tədarük etdiyi “mavi yanacaq”dan istifadə etmək mümkündür.


SON XƏBƏRLƏR