Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Ukrayna-Rusiya münaqişəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin əsas səhvi haqqında söz açıb.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Poroşenko bu barədə “Telegram” kanalında yazıb.
“Onlar qazmaqla məşğul idilər, biz isə bunu etmirdik. Biz sadəcə hücum edirdik. 2,5 il müddətində dövlət ekskavator belə almayıb. 2023-cü ildə dövlətə kömək etmək, müdafiə xətləri qurmağı təklif edəndə, bizə rədd cavabı verildi”, - Poroşenko qeyd edib.