• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

KİV: Əsəd rejimi Suriyanın iqtisadiyyatını məhvə sürükləyib

DÜNYA

09 Dekabr 2024 | 17:33

KİV: Əsəd rejimi Suriyanın iqtisadiyyatını məhvə sürükləyib

Suriyada Bəşər Əsəd rejiminin həyata keçirdiyi siyasət xüsusilə 2011-ci ildə vətəndaş müharibəsi başladığından bu yana ölkə iqtisadiyyatına ağır zərbə vursa da, rejimin dağılması ilə bərpa prosesinin başlayacağı gözlənilir.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarında vətəndaş müharibəsi və devrilmiş rejimin həyata keçirdiyi siyasətin Suriyada iqtisadi fəaliyyətləri ciddi dərəcədə pozduğu vurğulanıb.

İqtisadi göstəricilərin tamamilə pisləşdiyi ölkədə 2011-ci ildən 2023-cü ilə qədər ümumi daxili məhsul 85 faizdən çox azalaraq 9 milyard dollara düşdüyü, bu il isə daha 1,5 faiz kiçiləcəyi gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Aprel 2025