• Bakı 14° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

"Prado" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

HADİSƏ

29 Aprel 2024 | 17:40

Prado ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

"Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Şəhər DYP İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin  qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.


SON XƏBƏRLƏR

15 May 2024