• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kibercinayətkarlıqla məşğul olan 6 nəfər müəyyən edildi

HADİSƏ

29 May 2024 | 13:13

Kibercinayətkarlıqla məşğul olan 6 nəfər müəyyən edildi

Yevlaxda kibercinayətkarlığa qarşı tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində kiber üsullarla vətəndaşların pulunu mənimsəyən 6 nəfər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkmiş şəxslərə dəymiş 20 min manata yaxın maddi ziyanın təqsirkar şəxslər tərəfindən ödənilməsi təmin olunub.

Eyni zamanda rayon ərazisində profilaktiki tədbirlər də keçirilib. Kibercinayətlər törədənlərin istifadə etdiyi üsullar vətəndaşların diqqətinə çatdırılıb. Bankomatların ətrafında xəbərdaredici lövhələr quraşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026