• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Premyer Liqa klubunun  yeni baş məşqçisi məlum oldu

İDMAN

03 May 2023 | 14:16

Premyer Liqa klubunun yeni baş məşqçisi məlum oldu

İngiltərə Premyer Liqasında çıxış edən “Lids”in yeni baş məşqçisi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Sem Ellardays bu posta təyin edilib.

Müqaviləyə əsasən, o, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. 12 oyunluq fəaliyyətdən sonra komandanı tərk edən ispaniyalı Xavi Qrasiyanı əvəzləyən Ellardaysın debütü mayın 6-na təsadüf edəcək. “Lids” həmin gün Premyer Liqanın XXXV turunda “Mançester Siti”nin qonağı olacaq.

Qeyd edək ki, “Lids” hazırda 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR