• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan Kubokunda son beş mövsümün rekordu

İDMAN

02 Iyun 2023 | 12:16

Azərbaycan Kubokunda son beş mövsümün rekordu

Azərbaycan Kubokunun 2022/2023 mövsümündə 50 qol vurulub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, son 5 turnir üçün mütləq rekorddur.

Axırıncı dəfə daha çox qolun vurulması 2017/18 mövsümündə qeydə alınıb. Həmin vaxt bu rəqəm 67-yə bərabər olub.

2018/19 mövsümündə 39, sonrakı yarışda 30 qol vurulub. 2020/21 mövsümündə 40, ötən kubokda 48 dəfə top qapıdan keçib.

Qeyd edək ki, iyunun 3-də Azərbaycan Kubokunun finalında "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gələcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026