• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Real Madrid” və PSJ Mbappe ilə bağlı razılığa gəldi

İDMAN

01 Iyul 2023 | 15:29

“Real Madrid” və PSJ Mbappe ilə bağlı razılığa gəldi

Fransanın “Paris Saint-Germain” klubunun hücumçusu Kilian Mbappenin “Real Madrid”ə transferi ilə bağlı müqavilənin bağlanması məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo tviter səhifəsində yazıb.

Qallardonun sözlərinə görə, tərəflər sövdələşmənin bütün şərtləri ilə bağlı razılığa gəliblər. Mbappe gələn həftə Madrid klubuna keçəcək. Köçürmənin məbləği isə hələ ki, açıqlanmır.

Qeyd edək ki, Mbappe 2018-ci ildən parislilərin heyətində çıxış edir. Hücumçunun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026