• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Dembele PSJ-yə keçir

İDMAN

31 Iyul 2023 | 09:28

Dembele PSJ-yə keçir

“Barselona”nın hücumçusu Usman Dembele karyerasını PSJ-də davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fransalı futbolçu komanda yoldaşlarına bildirib. Məlumatı jurnalist Elena Kondis “Twitter” hesabında yayıb.

Daha əvvəl Kataloniya klubunun cinah oyunçusunun parislilərlə 2028-ci ilə qədər anlaşdığı bildirilib. PSJ-nin transfer üçün 50 milyon avro ödəyəcəyi qeyd edilib.

Fransız hücumçu 2017-ci ildə “Borussiya Dortmund”dan 105 milyon avroya “Barselona”ya keçib. O, 2022/2023 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, səkkiz qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Barsa” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalına görə bir onun dəyəri 60 milyon avrodur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR